İsrailin baş naziri Benyamin Netanyahu Britaniyanı Yaxın Şərq ölkəsinə silah satışı lisenziyasını dayandırdığına görə tənqid edib.
Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin Baş naziri "Daily Mail” nəşrinə müsahibəsində
danışıb.
Netanyahu qeyd edib ki, Britaniyanın əvvəlki Rişi Sunak hökuməti açıq şəkildə İsraili dəstəkləyib, lakin Londondakı hazırkı hökumət qarışıq mesajlar göndərir.
"Onlar deyirlər ki, İsrailin özünü müdafiə etmək hüququ var, lakin onlar bizim bu hüququ həyata keçirmək qabiliyyətimizə zərbə vururlar. Onlar BCM prokurorunun absurd ittihamları ilə bağlı Böyük Britaniyanın mövqeyini dəyişir və biz 7 oktyabr qırğını törədən soyqırım terror təşkilatına qarşı mübarizə apararkən İsrailə silah satışına məhdudiyyət qoymaqla silah satışını əngəlləyirlər", deyə Netanyahu bildirib.
Xatırladaq ki, sentyabrın əvvəlində Böyük Britaniya İsrailə 30 silah ixracı lisenziyasını dayandırıb. Buna səbəb Londonun İsrail ordusunun Qəzza zolağında beynəlxalq hüququ pozaraq bu silahlardan istifadə edə biləcəyindən qorxması olub.
Nizami Bağırov
Şərhlər