Xəbər lenti

Neftimizin qiyməti 90 dolları ötdü
Ekonomiks 09:16 02.07.2024

Neftimizin qiyməti 90 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,41 ABŞ dolları və ya 1,59% artaraq 90,06 ABŞ dollarına bərabər olub.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 86,83 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->