Xəbər lenti

Neftimiz bahalaşdı - Yeni qiymət
Ekonomiks 09:43 09.02.2024

Neftimiz bahalaşdı - Yeni qiymət

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.54 ABŞ dolları və ya 3% artaraq 86,95 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 81,56 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->