ABŞ-da keçirilən məhkəmə prosesində məlum olub ki, ən böyük neft treyderlərinin nümayəndələri neft tədarükü üçün sərfəli müqavilələr əldə etmək üçün Ekvador rəsmilərinə rüşvət veriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Petroecuador” dövlət şirkətinin keçmiş top meneceri Nielsen Ariasın, habelə vasitəçi kimi fəaliyyət göstərən Antonio və Enrike Pere qardaşlarının sözlərinə görə, azı 20-24 nəfər rüşvət alıb. Onların arasında neft şirkətinin, Maliyyə Nazirliyinin və Ekvador prezidentinin administrasiyasının əməkdaşları da var.
Arias təkcə "Gunvor”dan 13,5 milyon dollar alıb. Pulun bir hissəsi 70 min dollara "Patek Philippe” saatının alınmasına gedib və bu pul dəlil kimi götürülüb. Bundan əlavə, Ariasın Portuqaliyadakı evinin hamamlarını təmir etmək üçün "Gunvor"dan 120 min dollar xərclənib.
Vitol, Trafigura, Noble Group, Petredec və Sargeant Marine şirkətlərinin nümayəndələri də rüşvət verməkdə ittiham olunurlar. Tələblərin ölçüsü cədvəllərdə qeyd edilib. Məsələn, "Vitol” şirkəti ilə mazut tədarükü ilə bağlı müqaviləyə görə şirkət vasitəçilərə barel üçün 25 sent ödəyib.
Antonio Perenin sözlərinə görə, aldığı rüşvətin ümumi məbləği 100 milyon dolları keçib. Onun müştərilərə rüşvət vermədən kömək edib-etmədiyini soruşduqda vasitəçi belə halları xatırlamadığını bildirib.
Aydın
Şərhlər