Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən keçirilən tender müsabiqəsi (Kotirovka sorğusu) ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 03 iyun 2023-cü il tarixli 3-21-1/2-9937/2023 nömrəli məktubuna əsasən ləğv olunub.
Bildirilir ki, tender müsabiqəsindən "Dövlət Satınalmaları Haqqında” Qanunun 11.2-ci maddəsinə (tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda) əsasən imtina olunub.
Şərhlər