Müğənni Humay Aslanovanın YAP-dan deputatlığa namizəd olması barədə məlumatlar yayılıb.
"Qafqazinfo” iddialarla bağlı ifaçının özü ilə əlaqə saxlayıb. H.Aslanova açıqlamasında yayılan məlumatları təkzib edib.
Qeyd edib ki, deputatlığa namizədliyi irəli sürülən xanımla sadəcə ad-soyadı eynidir: "Mənim ata adım Tahir, namizədin ata adı isə Tofiqdir. Ola bilər, ad və soyadlar eyni olduğu üçün anlaşılmazlıq olub”.
"Deputat olmaq kimi bir istəyiniz varmı” sualına isə müğənni belə cavab verib: "Niyə də olmasın?! Amma mənim hazırda ilkin hədəfim Əməkdar artist fəxri adı almaqdır”.
Qeyd edək ki, YAP-ın 107 saylı Tovuz - Qazax - Ağstafa dairəsindən namizədi Aslanova Humay Tofiq qızıdır.
Məlumat üçün bildirək, müğənni H.Aslanova məşhur cazmen, Əməkdar artist Akif Süleymanbəylinin ansamblında çıxış edib.
17.07
Müğənni, pedaqoq Aslanova Humay Tofiq qızı hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi olub.
Bakupost.az xəbər verir ki, Humay Aslanovanın namizədliyi 107 saylı Tovuz - Qazax - Ağstafa dairəsindən irəli sürüləcək.
Şərhlər