Xəbər lenti

Musiqi məktəbində növbəti qalmaqal - Təcili yardım çağırıldı
Ölkə 15:47 06.09.2024

Musiqi məktəbində növbəti qalmaqal - Təcili yardım çağırıldı

Ötən tədris mövsümünün sonundan etibarən qalmaqallı xəbərlərlə gündəmə gələn 25 saylı 11 illik musiqi məktəbində daha bir hadisə yaşanıb. 

Qaynarinfo xəbər verir ki, bu gün səhər saatlarında məktəbin yeni təyin edilmiş direktoru ilə pedaqoji heyət arasında növbəti dəfə qalmaqal yaranıb. Bildirilir ki, müəllimlərdən birinin ürəyi gedib və musiqi məktəbinə təcili tibbi yardım çağırılıb. 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, 06.09.2024-cü il tarixində saat 11:00 radələrində 25 nömrəli musiqi məktəbindən quruma çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və  61 yaşlı şəxsə (qadın cinsli) təzyiq ilə əlaqədar yerində yardım göstərilib".

Qeyd edək ki, may ayında da sözügedən musiqi məktəbində direktor Becan Hüseynovla qadın müəllimlərdən biri arasında yaranan mübahisədən sonra pedaqoqun üstünə təcili tibbi yardım çağırılmışdı.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->