Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi dəyişib.
Qaynarinfo-nun məlumatına görə, Xidmət rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Həsənov Nicat Zəfər oğlu bu vəzifəsindən azad olunub.
Rəis vəzifəsi müvəqqəti olaraq polkovnik Hüseyn Quliyevə həvalə edilib.
Qeyd edək ki, Nicat Həsənov daha öncə digər rayonların hərbi komissarı vəzifələrində çalışıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi general-polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə 22.12.2019 tarixindən Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisi təyin edilib.
Xatırladaq ki, bundan əvvəl Mürsəl İbrahimov Xidmətin Sabirabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Əlsafa Məmmədovu işdən azad edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib.
Əhməd
Şərhlər