ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bu gün, dekabrın 18-də Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani və İsrailin kəşfiyyatı MOSSAD-ın rəhbəri David Barnea ilə görüşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" qəzeti ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, görüş Varşavada keçiriləcək və orada İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girovların azad edilməsinə dair yeni saziş müzakirə olunacaq.
İsrail rəsmilərinin fikrincə, bu dəfə girovlarla bağlı müqavilə bağlamaq daha çətin olacaq. Eyni zamanda, İsrail hakimiyyəti qeyd edir ki, Uliyam Bernsin danışıqlarda davamlı iştirakı "hər hansı yeni sazişin bağlanması üçün çox vacibdir". Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuat xidməti onun görüş cədvəlini şərh etməkdən imtina edib.
"Wall Street Journal" daha əvvəl mənbələrə istinadən MOSSAD rəhbəri ilə Qətərin baş nazirinin şənbə günü, dekabrın 16-da mümkün görüşü barədə məlumat vermişdi. Qəzetin yazdığına görə, Osloda onlar girovlarla bağlı danışıqlar aparmalı idilər. Tərəflər görüş faktını təsdiqləməyiblər.
İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Noyabrın sonunda MKİ rəhbəri girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Qətərə səfər edib. Elə həmin ay tərəflər atəşkəs barədə razılığa gələrək onu bir neçə dəfə uzadıb, lakin dekabrın 1-də İsrail ordusu Qəzzada əməliyyatları bərpa edib.
HƏMAS Qəzza zolağında təxminən 200-250 girov olduğunu iddia edib. Atəşkəs başa çatdıqdan sonra İsrail hakimiyyəti 126 israilli və 11 əcnəbinin girov qaldığını, 110 nəfərin isə azad edildiyini bildirib.
Aydın
Şərhlər