Xəbər lenti

MİT PKK-nın
Dünya 11:52 28.10.2023

MİT PKK-nın "rəhbər şəxsi"ni Suriyada məhv etdi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada keçirdiyi əməliyyatda Derik briqadasının "lideri” olan PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Qaynarinfo "Anadolu”ya istinadən xəbər verir ki, "Şibli Derik” ləqəbli Məhəmməd Azo ötən il MİT tərəfindən hədəfə alınıb.

Qeyd edək ki, terrorçu 2022-ci il fevralın 2-də Şırnak/Cizre-Silopi yolunda 1-ci Sərhəd Taburu Komandanlığının Yakacık Polis Bölməsinə təşkil edilən və əsgər Tarık Tarcanın şəhid olması, daha üç əsgərin isə yaralanması ilə nəticələnən hücumun planlaşdırılmasındakı iştirakına görə axtarışa verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->