Xəbər lenti

Mirdaməd Əzizovun işi məhkəmədə - Özünü general kimi təqdim edərək...
Ölkə 13:18 14.05.2024

Mirdaməd Əzizovun işi məhkəmədə - Özünü general kimi təqdim edərək...

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) adından dələduzluq etməkdə təqsiləndirilən Mirdaməd Əzizovun cinayət işi ilə bağlı ibtidai istintaq yekunlaşıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İyunun 26-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək. 

Mirdaməd Əzizov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Mirdaməd Əzizovun cinayət işi üzrə 27 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən biri də MİDA-dır.

Midaməd Əzizovun həbsindən sonra barəsində yayılan məlumatlarda iddia olunur ki, o, özünü MİDA-nın vəzifəli şəxsi, general, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də təqdim edirmiş.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->