Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Qaynarinfo-nun məlumatına görə, 81 kq-da yer alan idmançı finala gedən yolda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb.
Rəqibinə cərimə xalları ilə uduzan Mollayi bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Avstriyanı təmsil edən Şamil Borçaşvili olacaq.
Şərhlər