Xəbər lenti

Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə
Ekonomiks 16:47 10.12.2023

Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə

Keçmiş deputat, "Karat Holding"in sahibi Əsabil Qasımov Rusiyada bahalı yaşayış kompleksi tikintisinə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatına böyük yatırımlar edən sabiq deputat Kislovodsk şəhərindəki layihəsinə 50 milyon dollar vəsait (4.6 milyard rubl) xərcləyəcək. 

Layihə çərçivəsində 88.5 min kv. metr sahəsi olan 1100 mənzildən ibarət 17 binanın, fitnes mərkəzinin, 300 maşınlıq parkının, üzgüçülük hovuzunun və ümumilikdə 11.5 min kv. metr sahəsi olan ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.

Kompleksin tikintisi bu ilin martında təsis edilmiş "Zamkovaya" MMC tərəfindən həyata keçiriləcək və 2027-ci ildə başa çatdırılacaq. 

"Zamkovaya" MMC-nin 100 faiz payla təsisçisi Qasımovlar ailəsinə məxsus "Ekspo" MMC-dir. "Ekspo" MMC-nin təsisçisi isə 80 faiz payla Azərbaycanda hüquqi qeydiyyatda olan "Karmen" MM-dir. Digər 20 faizlik pay isə "Karat Holding"in Rusiyada təsis etdiyi "Aqros" MMC-yə məxsusdur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->