Xəbər lenti

Ekonomiks 16:24 31.10.2024

"Mətanət A" şirkətində bədbəxt hadisə - "Azerlime"nin müdiri cəzalandırıldı

Qazax rayonunda yerləşən "Mətanət A" şirkətinə məxsus "Azerlime" əhəng istehsalı müəssisəsində bədbəxt hadisə baş verib. 

Qaynarinfo-nun məlumatına görə, müəssisədə çilingər kimi çalışan Raminin qolu iş zamanı "Band Conveyr" aparatının arasında qalaraq xəsarət alıb. Xəsarət alan şəxs Qazax rayon Mərkəzi Xəstəxanasına aparılaraq, əməliyyat edilib. 

Ramin izahatında bildirib ki, iş görərkən əlindəki əlcək qurğunun barabanına ilişib və sol qolunu çəkərək barabana doğru aparıb, nəticədə qolu barabanla qurğunun lenti arasında qalaraq xəsarət alıb.  

Hadisə ilə bağlı "Mətanət A" şirkətinə məxsus "Azerlime" əhəng istehsalı müəssisəsinin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə müəssisəsin direktoru 1500 manat məbləğində cərimə olunub. 

Qeyd edək ki, "Mətanət A" şirkətinə məxsus "Azerlime" əhəng istehsalı müəssisəsinin qanuni təmsilçisi Bəşirov Fuad Hidayət oğludur. Rayonun Daş Salahlı kəndində fəaliyyət göstərən müəssisə 2020-ci ilin mart ayından istifadəyə verilib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->