Xəbər lenti

Məşhur narkobaron necə tutuldu? - El Mayonu ABŞ-a El Çaponun oğlu zorla gətirib
Dünya 20:41 30.07.2024

Məşhur narkobaron necə tutuldu? - El Mayonu ABŞ-a El Çaponun oğlu zorla gətirib

"The New York Times" Sinaloa narkokartelinin lideri İsmael Zambada Qarsianın (El Mayo) ABŞ-a necə gəldiyi və başqa bir meksikalı narkobaronun oğlunun daşınmada niyə iştirak etdiyi barədə versiyanı açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, hər ikisi iyulun 25-də Amerika hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

El Mayo Texas ştatının El Paso şəhərində həbs edilib. Onunla birlikdə kartelin ikinci həmtəsisçisi Xoakin Quzmanın (El Çapo) oğlu Xoakin Qusman Lopez də nəzarətə götürülüb. Hər ikisi ABŞ səlahiyyətliləri tərəfindən qeyri-qanuni maddələrin, o cümlədən tərkibində fentanil olan maddələrin ticarətində ittiham olunur.

İsmael Zambada Qarsiya və Quzman Lopezi daşıyan təyyarə iyulun 25-də El Paso yaxınlığındakı hava limanına enib. Sərnişinlər FTB agentləri tərəfindən saxlanılıb. ABŞ federal mənbələrinə görə, Quzman Lopez El Mayonu Meksikanın Kuliakan şəhərində görüşə cəlb edib. Zambada Qarsianın vəkili iddia edir ki, müvəkkilinin əlləri qandallı və başıda torba olub. Quzman Lopez öz yoldaşını tipik mühafizəsi olmadan gəlməyə razı salsa da, şəhərdə cinayətkarların mühafizəçiləri arasında atışma baş verə bilərdi.

Qaçırılan şəxs 2019-cu ildən Amerika həbsxanasında ömürlük həbs cəzası çəkən narkobaron Xoakin Quzmanın (El Çapo) oğludur. Əvvəllər Xoakin Quzman Zambada Qarsianın Sinaloa beynəlxalq narkotik kartelində tərəfdaşı olub. Belə ki, atasının taleyindən yayınmaq üçün, yəqin ki, Quzman Lopez FTB ilə əməkdaşlığa başlayıb. O, pusqu qurub, El Mayonu gətirib və cəzasını azaltmaq üçün səlahiyyətlilərə təslim olub.

Nəşrlə danışan anonim mənbələr iddia edir ki, ABŞ federal hakimiyyət orqanları narkobaron El Mayonun necə tutularaq ölkəyə gətirildiyini dəqiq bilmirlər. Amma rəsmilərə görüşün baş tutduğu barədə məlumat verilib. "Beechcraft King Air" təyyarəsi ölkənin gömrük və sərhəd xidmətinin köməyi ilə hava məkanına daxil olub.

Kolumbiya Hüquq Məktəbinin professoru Daniel Riçman deyib ki, Zambada Qarsianın ABŞ-da öz iradəsi əleyhinə olması onun azadlığa buraxılması üçün əsas olmayacaq. Eyni zamanda, narkobaronun vəkili cinayət məsuliyyətini yüngülləşdirmək üçün bu faktdan istifadə edə biləcək. El Mayo iyulun 26-da Texas ştatının El Paso məhkəməsində ona qarşı irəli sürülən narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ittihamlarına qarşı heç bir iddia irəli sürməyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->