Xəbər lenti

Mərkəzi Bank hansı halda devalvasiya ilə bağlı addım atacaq? (ŞƏRH)
Ekonomiks 10:16 14.08.2024

Mərkəzi Bank hansı halda devalvasiya ilə bağlı addım atacaq? (ŞƏRH)

"Xərclər çoxalanda, Mərkəzi Bank devalvasiya ilə bağlı addım atmağa məcbur olacaq".

Bunu Qaynarinfo-ya iqtisadçı Rauf Qarayev Azərbaycanda satışa rekord məbləğdə dollar buraxılması fonunda bəzi iqtisadçıların devalvasiya ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bazara çıxarılan xarici valyuta müxtəlif yollarla nəzarətdədir:

"Bütövlükdə bu pul əlçatan deyil, müəyyən hissəsi geri qaytarılır. Mərkəzi Bank çalışır ki, əldə çoxlu xarici valyuta olsun və manata təsir etməsin. Məsələnin digər tərəfinə baxaq, əhali xarici valyutanı ala bilirmi? Qanunvericilikdə bununla bağlı müəyyən limitlərlə qarşılaşırıq. Bazarda olan xarici valyutanın hamısını almaq mümkün deyil. Demək valyutanı müəyyən şəxslər ala bilər. Əsasən inhisarçılar. Bundan əlavə elektron kömürmələr mövcuddur ki, ölkə daxilində ona da nəzarət olunur".



Bəzi iqtisadçılar iddia edirlər ki, devalvasiya olacaq. Baxmayaraq ki, satışa çoxlu dollar buraxılır. "Bəs devalvasiya olacağı ilə bağlı fikirlər niyə səsləndirilir" sualına cavab olaraq iqtisadçı bildirib ki, bunun bir çox səbəbi var:

"Birincisi ölkədə istehsalat lazımi səviyyədə deyil. Ona görə də bazara nəzarət üçün Mərkəzi Bank məcburdur əlavə xərc edə, bu isə büdcəyə ziyandır. Həmin pulu valyutanın stabil qalmasına yox, başqa yerə xərcləmək olardı. Bu uzun müddət davam edə bilməz. Xərclər çoxaldıqca, Mərkəzi Bank məcbur devalvasiya ilə bağlı addım atacaq. Ölkə buna hazır olmadığı üçün, riskli addımdır. Valyutanın stabil qalması, investorlar üçün də cəlbedicidir. Bazara əlavə bu qədər xarici valyuta buraxılmasının bir səbəbi də Qarabağda gedən quruculuq işləri ilə də bağlı ola bilər. Bundan başqa, manatı stabil saxlamaq üçün, digər məqamları da nəzərdən keçirmək lazımdır".

Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->