Xəbər lenti

Mənzil alqı-satqısı zamanı ƏDV-ni necə almaq olar? - QAYDALAR
Ekonomiks 08:55 29.11.2022

Mənzil alqı-satqısı zamanı ƏDV-ni necə almaq olar? - QAYDALAR

Mənzil alarkən ödənilən alavə dəyər vergisinin geri qaytarılması prosesi artıq başlayıb.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov "Xəzər Tv"yə bildirib ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.

Şöbə rəisi bildirib ki, bina tikintisi ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcıya qaydaların tələblərinə uyğun elektron qaimə-faktura tərtib etməlidirlər. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirməlidir. Vətəndaş ödənişləri fərdi qaydada bank vasitəsi ilə də edə bilər. Ödənişlər tam edildikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.

Telman Məmmədovun sözlərinə görə, yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda alıcı ilə müqavilə notarial qaydada aparılır. Alqı-satqı müqaviləsi təsdiqləndikdən sonra, alıcı müvafiq elektron qaimə- fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin əsas məbləğini satıcının bank hesabına, geri qaytarılacaq məbləği isə əlavə dəyər vergisinin depozit hesabına köçürülməsini tələb etməlidir.

Şöbə rəisi əlavə edib ki, alıcı eyni binadan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Qaytarılacaq ƏDV məbləği alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->