Xəbər lenti

Meksikada polisin mühafizəsi altında olan jurnalist öldürüldü
Dünya 18:52 05.08.2024

Meksikada polisin mühafizəsi altında olan jurnalist öldürüldü

Naməlum şəxslər polisin himayəsində olan meksikalı kriminal jurnalist Alejadro Martinezi güllələyiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Meksikanın mərkəzi Quanaxuato ştatında naməlum silahlı şəxslər Martinezi iki cangüdəni ilə avtomobildə gedərkən onu güllələyiblər. Mühafizəçilər atəşə cavab verə bilsələr də, jurnalisti xilas edə bilməyiblər. O, hücum zamanı başından aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

50 yaşlarında olan Martinez 340.000-dən çox izləyicisi olan məşhur "Facebook" xəbər agentliyini idarə edirdi. O, 2022-ci ildə həyatına oxşar cəhddən sağ çıxandan sonra polisin himayəsində olub.

"Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatının məlumatına görə, Meksika jurnalistlər üçün dünyanın ən təhlükəli ölkələrindən biridir. 1994-cü ildən bəri ölkədə 150-dən çox media işçisi öldürülüb.

Bu ayın əvvəlində Sonora əyalətinin şimalındakı Kaborka şəhərindən olan jurnalist Federiko Hans evinin yaxınlığında güllələnib. İyunun 29-da isə Viktor Kulebro ölkənin cənubundakı Çiapas əyalətində magistral yolun yaxınlığında ölü tapılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->