Alimlər 10 km-ə qədər dəqiqliklə danq qızdırmasının yayılmasını proqnozlaşdıra bilən monitorinq sistemi hazırlayıblar. Məlum olub ki, Fransa, İtaliya və İspaniyadakı məşhur Avropa kurortları risk altındadır.
Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, danq qızdırmasının yayılmasını izləyən elm adamları artıq gələcəkdə yayılma riski olan məşhur Avropa tətil yerlərinin adını çəkiblər.
İnfeksiyanın Avropada, o cümlədən Fransanın cənubunda, İtaliyada və İspaniyada daha çox yayılan Asiya pələng ağcaqanadlarının daşıdığı bildirilir. Bu böcəyi hətta bu yay Parisdə keçirilən Olimpiya Oyunlarında da görünüb.
"Danq qızdırması əzələlərdə və oynaqlarda şiddətli ağrılara səbəb ola bilər, buna görə də ona "sümük sınığı qızdırması" ləqəbi verilib və bəzi hallarda daxili qanaxma və ölümlə nəticələnə bilər", deyə media yazır.
Məqalədə bildirilir ki, əvvəllər xəstəliyin yayılma coğrafiyasını proqnozlaşdırmaq mümkün deyildi. Lakin indi Böyük Britaniyanın Ekologiya və Hidrologiya Mərkəzinin rəhbərlik etdiyi alimlər qrupu 10 km-ə qədər dəqiqliklə epidemiyaları proqnozlaşdıra bilən monitorinq sistemi hazırlayıb.
"Siciliya qaynar ocaqdır" deyən tədqiqat üzərində işləyən nəzəri ekoloq doktor Stiven Uayt əlavə edib ki, Aralıq dənizi hövzəsi ətrafındakı ərazilər də yüksək riskli ərazilərdir. Alim İtaliyanın cənubundakı Apuliya bölgəsində və İspaniyanın Barselona şəhərində bir neçə epidemiyanın aşkar edildiyini qeyd edib:
"Əgər tətilə gedirsinizsə, diqqətli olmalısınız, çünki ətrafda bu ağcaqanadlar çoxdur. Və bu yerlərdə danq qızdırmasına tutulma riski daha yüksəkdir".
Nəşrin məlumatına görə, Fransanın cənubundakı La Colle-sur-Loup, Bau və Montpellier-Perol, eləcə də İspaniyanın Vila-seque, bu il yeni monitorinq sisteminin proqnozlaşdırdığı ilk danq epidemiyasını görünüb.
Xəstəliyin ilk epidemiyası keçən il Parisdə baş verib və bu, Avropada yayılan "ən şimal" dan qızdırmasına çevrilib.
UKCEH epidemioloji modelləşdirmə mütəxəssisi Dominik Brassın sözlərinə görə, Fransanın cənubu və İtaliyanın şimalı əlverişli iqlim, sabit ağcaqanad populyasiyası və xəstəliyin geniş yayıldığı tropik ölkələrdən qayıdan çoxlu sayda səyahətçi səbəbindən yüksək risk altındadır.
"Lakin risk zonaları şimala doğru genişlənir", deyə alim bildirib.
Alimlər qeyd edir ki, iqlim dəyişikliyi səbəbindən isti havalar invaziv ağcaqanadların əvvəllər toxunulmamış ərazilərə yayılması üçün daha əlverişli şərait yaradır.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) yenilənmiş məlumatlarına görə, 2022-ci ildə 71 ilə müqayisədə 2023-cü ildə Aİ-də 130 yerli dang xəstəliyi qeydə alınıb.
2010-cu ildən 2021-ci ilə qədər olan dövrlə müqayisədə yoluxma sayının artması daha da nəzərə çarpır - bütün bu müddət ərzində 73 hadisə qeydə alınıb.
"İngiltərənin cənub-şərqində Asiya pələnginin ağcaqanad yumurtaları tapılıb, lakin bu növ hələ Böyük Britaniyada özünü təsdiqləməyib. Bununla belə, tədqiqat qrupu xəbərdarlıq edir ki, Böyük Britaniya iqlim dəyişikliyinin təsirini hiss etdiyi üçün gələcəkdə bu vəziyyət dəyişəcək", deyə məqalədə qeyd edilir.
"Sual, ümumiyyətlə baş verib-verməyəcəyindən çox, ağcaqanadın Böyük Britaniyada nə vaxt yerləşəcəyi ilə bağlıdır", deyə Stiven Uayt bildirib.
Keçən il Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) xəbərdarlıq etmişdi ki, danq qızdırması 2060-cı ilə qədər Londona, Asiya pələng ağcaqanadları isə 2040-cı illərdə İngiltərəyə yayıla bilər.
Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) məlumatına görə, hazırda ölkədə yoluxma riski olan ölkəyə səyahət etməzdən əvvəl danq qızdırmasının qarşısını almaq üçün istifadə edilə bilən peyvənd yoxdur.
Mığmığa və ağcaqanad dişləməsi ilə insanlara keçən yoluxucu xəstəlik Oropuş xüsusilə Braziliyada tanınsa da, dünyada ilk dəfədir ki, bir insan bu virusdan ölür. Braziliyada Oropuş virusundan dünyada ilk ölüm halları qeydə alınıb - iki qadın yoluxmuş milçəklər və ağcaqanadlar tərəfindən yayılan bu xəstəlikdən ölüb. Braziliyanın şimal-şərqindəki Bahia əyalətindən olan qadınlar 30 yaşdan kiçik olub, heç bir əsas sağlamıq problemi olmayıb, lakin ağır danq qızdırmasına bənzər əlamətlər və simptomlar olub.
Semptomlar adətən üç ilə altı gün davam edir. Bunlar qızdırma, əzələ ağrısı, oynaqların sərtliyi, baş ağrısı, qusma, ürəkbulanma, titrəmə, işığa həssaslıqdır. Ağır hallar menenjit kimi həyati təhlükəsi olan ağırlaşmalara səbəb ola bilər.
Aydın
Şərhlər