Xəbər lenti

Məhbus kimi növbəti doğum günü - Ramin Hacılının həyat yolu... (FOTOLAR)
Ölkə 15:52 02.09.2023

Məhbus kimi növbəti doğum günü - Ramin Hacılının həyat yolu... (FOTOLAR)

2021-ci ilin 9 iyul tarixindən həbsdə saxlanılan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı növbəti doğum gününü də zindanda keçrib.

Qaynarinfo xəbər verir ki, artıq üçücü doğum gününü məhbus kimi qeyd edən Ramin Hacılının 2 sentyabrda 40 yaşı tamam olub. Onun bioqrafiyasını oxucularımıza təqdim edir, tezliklə azadlığa çıxamasını arzu edirik.

Ramin Rasim oğlu Hacılı 2 sentyabr 1983-cü il tarixində Füzuli rayonu, Arayatılı kəndində doğulub. 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğalı etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhərinə köç edərək vaqonda məskunlaşıb. Orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı tam orta məktəbdə başa vurub. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr akültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə İstanbul Univeristetinin beynəlxalq münasibətlər ixtisası, ABŞ-də liderlik proqramı üzrə və Malta Respublikasının ixtisaslaşdırılmış ingilis dili kursunda təhsil alıb.

2002–2004-cü illərdə "Rəsulzadə - Elçibəy Ocağı"nın sədr müavini vəzifəsində çalışıb.

2005–2006-cı illərdə Dalğa Gənclər Hərəkatının təsisçilərindən biri və ilk sədri olub.

2006–2007-ci illərdə ABŞ-nin Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən "SAĞLAM TƏHSİL" kampaniyasına rəhbərlik edib.

2006-cı ilin sentyabr ayının 17–dən nəşr olunan gənclər üçün "Alma" ictimai–siyasi qəzetinin ideya müəllifi və maarifçi koordinatoru olub. Dövri mətbuatda maarifçi məqalələrlə çıxış edib.

2006-cı ildə ATƏT-in konfliktologiya üzrə xüsusi təlim kursunu bitirib.

2007-ci ildə Kiyev şəhərində keçirilən "Dünya Demokratiya Hərakatı” nın konqresində Azərbaycan gənclərinin iştirakçısı kimi iştirak edib.

2007–2008-ci illərdə Dalğa GH-nın təsis etdiyi "Azərbaycan Demokratiya Məktəbi"nin (ADM) direktoru, 2008–2013-cü illərdə isə təlimçisi olub.

2008–2010-cu illərdə ABŞ-nin Demokratiyaya Yardım Fondunun (NED) dəstəyi ilə fəaliyyət göstərən "Demokratiya Akademiyası"nın prezidenti vəzifəsini icra edib.

2006–2013-cü illərdə Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub.

2009-cu ildə Türkiyə Cumhuriyyətinin Bursa şəhərində keçirilən "Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri" adlı konfransa qatılıb və nüfuzlu media qurumlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe bildirib. Bursa şəhərində Azərbaycan dövlət bayrağının qadağası barədə Türkiyə Cumhiriyyəti tərəfindən qəbul edilmiş qərarın dəyişdirilməsində aktiv iştirak edib. Bursa şəhərində keçirilən Ermənistan - Türkiyə milli komandaları arasında futbol yarışında qadağan olunan Azərbaycan bayrağını stadiona keçirə bilib və Ermənistan prezidenti Serj Sərkisyanın önündə açıb. Buna görə Bursa polisi tərəfindən saxlanılıb və barəsində araşdırma aparıldıqdan sonra sərbəst buraxılıb.

2010-cu ilin 7 noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisi seçkilərində  Bakı şəhəri, Nizami rayonu 24 saylı Nizami birinci seçki dairəsi üzrə Partiyalar Blokunun namizədi olmuş və həmin dairədən deputat seçilən Rövnəq Abdullayevdən sonra ikinci yeri tutmuşdur.

2010-cu ilə Bakıda iki günlük səfərdə olan ABŞ dövlət katibi Hillari Klintonla görüşüb.

2011-ci ildən "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktorudur.

2012-ci il 17 fevral tarixində Beynəlxalq Avropa Hərəkatının (BAH) Azərbaycan nümayəndəliyi olan Azərbaycan Avropa Hərəkatının prezidenti seçilib. 
 
2012-ci ildə ATƏT-in dəstəyi ilə həyata keçirilən "Gənclərin İctimai–Siyasi Fəallığının Artırılması üzrə Regional Təlimlər" layihəsinin koordinatoru olub.

2012-ci ildə Dünya Azərbaycanlılarının birləşdiyi Bütöv Azərbaycan Ocaqlarının (BAO) İdarə Heyətinin üzvü seçilib.

2013–2014-cü illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyinin (AAA) İdarə Heyətinin üzvü olub.

2013-cü ildə Malta Respublikasında təhsil alıb.

2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən "Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu" mövzusunda müzakirələrdə Azərbaycan tərəfindən təmsilçi kimi İrəvan şəhərində səfərdə olub.

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin vəkil edilmiş şəxs kimi iştirak edib.

2014-cü ildə TEDx spikeri kimi çıxış edib.

2014–2017-ci illərdə Azərbaycan Azərbaycan Ümid Partiyası sədrinin Beynəlxalq Əlaqələr üzrə müavini vəzifəsində çalışıb.

2014–2015-ci tədris ilində ADA Universitetində Avropa Birliyi tarixindən dərs deyib.

2014-cü ilin 9 oktyabr tarixində şairə-publisist Aysel Əlizadə ilə ailə həyatı qurmuşdur.

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında Ümid Partiyasının səlahiyyətli nümayəndəsi olmuşdur.

2015-ci il 1 noyabr tarixində keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Nərimanov rayonundan (19 saylı Nərimanov birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub.Seçkilərin nəticəsində 2-ci yer tutub.

2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan "Diqqət Azərbaycana!" və "Azərbaycanı dünyada necə tanıtmalı?" layihələrinə rəhbərlik edib. 

2016–2017-ci illərdə Azərbaycan Avropa Hərəkatının təşəbbüsü ilə İngilis dili və Azərbaycan dilində nəşr olunan "Azərbaycanı dünyada necə tanıtmalı?" jurnallarının tərtibatçısı olub.

2016–2018-ci illərdə təhsil və turizm sahəsində fəaliyyət göstərən "No Border" Holdinqdə icraçı drektor, "ELEND" İntellektual Turizm Şirkətində konsultant, "EduTimes" Xaricdə Təhsil Agentliyində ekspert vəzifələrində çalışıb.

2017-ci ilin yanvar ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (DİN-in BMCMİ) tərəfindən qondarma ittihamlarla başladılan "cinayət işi"nə görə 04 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi barəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması (şərti cəza) hökmü çıxarıb.

2017–2018-ci illərdə Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən "Qız övladlarına qarşı ayrı-seçkiliyin aradan qaldırılması" layihəsinə rəhbərlik edib.

2018–2019-cu illərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) başlatdığı və DİN-in BMCMİ-nin davam etdirdiyi "cinayət işi" səbəbindən 4 iyun 2018-ci il tarixindən, 14 mart 2019-cu ilədək (9 ay 10 gün) həbsdə saxlanılıb.

2019-cu il 11 may tarixində "Biz Qarabağı istəyirik!" kompanıyasını başladıb və 8 iyunun "Qarabağ Günü” kimi qeyd olunması ideyasını irəli sürüb. Dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsinə çəkmək üçün 5 iyun tarixindən ayaqla təkbaşına Bakıdan yola çıxaraq Horadiz şəhərinə doğru 293 km "barış üçün piyada yürüş" edib.

2019-cu il 20 iyun tarixində "Red Fact" adlı internet televiziyanı təsis edib və Üçüncü Gələcək Jurnalını elektron formata keçirib. Müstəqil blogger kimi maarifçi çıxışlar edib.

2020-ci ilin avqust ayında tənqidi çıxışlarından sonra DİN-in BMCM-İ tərəfindən 2019-cu ildə dayandırılmış cinayət işi yenidən qaldırılaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə 24 iyun 2021-ci il tarixində bu işə görə ona 3 il 6 ay müddətinə şərti cəza təyin edib.

2020-ci ildə baş vermiş Ermənistan-Azərbaycan arasında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövlətinin haqlı mövqeyini beynəlxalq platformalarda müdafiə edib.

2021-ci ilin mart ayından həbs olunana qədər "Bizim Media” Xəbər Portalı ilə əməkdaşlığa başlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->