Xəbər lenti

Mayın 21-də bir neçə Avropa ölkəsi Fələstini tanıya bilər
Dünya 15:24 09.05.2024

Mayın 21-də bir neçə Avropa ölkəsi Fələstini tanıya bilər

İrlandiya, İspaniya və bir sıra digər Avropa İttifaqı (Aİ) ölkələri mayın 21-də Fələstini tanımaq məsələsini nəzərdən keçirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə İrlandiyanın "RTE News" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, İrlandiya, İspaniya, eləcə də Sloveniya və Malta Fələstin dövlətçiliyinin birgə tanınması məqsədi ilə əlaqələri gücləndirib.

Bu dövlətlər mayın 10-da BMT Baş Assambleyasında fələstinlilərin dünya təşkilatına tamhüquqlu üzv olmaq hüququnun tanınmasına səbəb ola biləcək səsverməni gözləyirlər.

"Reuters" qeyd edir ki, 22 mart tarixli birgə bəyanatda İspaniya, İrlandiya, Malta və Sloveniya Fələstin dövlətinin tanınması istiqamətində ilk addımları atmağa razılaşdıqlarını bildiriblər.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton yəhudi dövləti üçün təhlükəsizlik təminatlarının olacağı təqdirdə Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->