Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin həmyerlisi Masazır bələdiyyəsinin yeni sədri seçilibmiş.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Masazır bələdiyyəsinin üzvlərinin keçirdiyi yığıncaqda sədr Fətullayev Rüfət Səyavuş oğlu vəzifəsindən kənarlaşdırılıb.
Rüfət Fətullayev
Masazır bələdiyyəsinin yeni sədri isə 1991-ci il təvəllüdlü, əslən Naxçıvan Muxtar Respublikasından olan Quliyev Azər İlham oğlu seçilib.
Azər Quliyev həmçinin 45 saylı Abşeron Dairə Seçki Komissiyasının sədri Abbasova Dilşad Salman qızının yaxın qohumudur.
Qeyd edək ki, bir müddət əvvəl Masazır bələdiyyəsinin sədri dəyişsə də, bu barədə ictimaiyətə məlumat verilməyib. Qəsəbə sakinlərinin əksəriyyəti hələ də bələdiyyə sədrinin Rüfət Fətullayev olduğunu düşünürlər.
Əhməd
Şərhlər