Xəbər lenti

Marin Le Pen Fransada hansı halda hakimiyyətə gələ bilər? - Makron açıqladı
Dünya 11:53 24.04.2023

Marin Le Pen Fransada hansı halda hakimiyyətə gələ bilər? - Makron açıqladı

Fransa prezidenti Emmanuel Makron etiraf edib ki, Fransa parlamentində ifrat sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen dörd ildən sonra ölkədə hakimiyyətə gələ bilər.

Qaynarinfo-nun xəbərinə görə, "Parisien” qəzetinə müsahibəsində Makron bildirib ki, bu, mövcud hökumətin ölkənin çağırışlarına necə cavab verəcəyini bilməməsi və "reallığı inkar etməyə” başlaması halında baş verə bilər.

Əlavə edirik ki, martın sonunda Marin Le Pen Fransanın baş naziri olmaq istəmədiyini açıqlasa da, 2027-ci ildə dördüncü dəfə ölkə prezidentliyinə namizədliyini irəli sürəcəyini istisna etməyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->