Xəbər lenti

Dünya 18:52 22.04.2023

"Makronla fransız xalqı arasında tam xaos yaranıb" - Le Pen

"Bu gün Fransa prezidenti Emmanuel Makron ilə fransız xalqı arasında tam qopma var".

Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkə parlamentində ifrat sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen deyib.

"Problem ondadır ki, Emmanuel Makron tamamilə "bunkerdədir", o, dinləməkdən imtina etdiyi və iradəsinə hörmət etmək istəmədiyi insanların qəzəbinə səbəb olmadan artıq Yelisey Sarayını tərk edə bilməz. Deməli, bu qəzəbi məhz özü yaradıb. Bu gün Emmanuel Makronla fransızlar arasında tam xaos yaranıb”. deyə Le Pen şənbə günü BFM TV-də bildirib.

O xatırladıb ki, demokratiya öz xalqının fikrinə hörmətlə yanaşmaqdan ibarətdir və bu gün Fransa xalqın iradəsinə hörmət edilmədiyi üçün "davam edilməsi mümkün olmayan demokratiya" mövcuddur:

"Emmanuel Makron xalqın iradəsinə hörmət etmədiyi üçün populyarlığını itirir. Əgər xalq deyirsə ki, bu islahatı istəmirəm, o zaman bu islahatı rəfə qaldırmaq lazımdır!".

Qeyd edək ki, aprelin 14-də Fransanın Konstitusiya Şurası ölkədə pensiya yaşının 2030-cu ilə qədər tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı qanun layihəsinin əsas maddəsini təsdiqləyib. Şənbə gecəsi Makron qanunu imzalayıb, sənəd rəsmi jurnalda dərc olunub. Konstitusiya Şurasının qərarının elanından sonra Fransa Həmkarlar İttifaqları mayın 1-də etiraz aksiyası keçirməyə çağırıblar.

Əvvəllər pensiya islahatı bütün Fransada nümayişçilərlə polis arasında toqquşmalar, qırğınlar, iğtişaşlar və həbslərlə müşayiət olunan etiraz dalğasına səbəb olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->