Xəbər lenti

Makron Yeni Kaledoniyaya görə Müdafiə Şurasını toplayır
Dünya 10:23 20.05.2024

Makron Yeni Kaledoniyaya görə Müdafiə Şurasını toplayır

Fransa prezidenti Emmanuel Makron, Fransanın Sakit Okeanda dəniz kənarında yerləşən Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqədar bazar ertəsi, mayın 20-nə Respublika Müdafiə və Milli Təhlükəsizlik Şurasının növbəti iclasını təyin edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə BFM TV kanalı məlumat yayıb.

"Emmanuel Makron bazar ertəsi saat 18.30-da (Moskva vaxtı ilə 20.30) Yeni Kaledoniyadakı vəziyyəti müzakirə etmək üçün Müdafiə və Milli Təhlükəsizlik Şurasını toplayacaq", deyə yayımçı qeyd edir.

Xatırladaq ki, Yeni Kaledoniyada etirazlara səbəb Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40%-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir.

Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə zidd olduğunu bildiriblər.

Etiraz aksiyalarında 6 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->