Xəbər lenti

Mahmud Abbasın SSRİ-də müdafiə etdiyi dissertasiyası: Sui-qəsd nəzəriyyələri, yəhudilərə nifrət...
Dünya 21:54 13.04.2024

Mahmud Abbasın SSRİ-də müdafiə etdiyi dissertasiyası: Sui-qəsd nəzəriyyələri, yəhudilərə nifrət...

Fələstin prezidenti Mahmud Abbasın SSRİ-də müdafiə etdiyi doktorluq dissertasiyasının tam versiyasının məzmunu məlum olub.

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, Mahmud Abbasın Sovet Moskvasında yazdığı doktorluq dissertasiyasında əslində Holokostu inkar etməsi barədə məlumat əvvəllər məlum idi.

İndi isə MEMRI Analitik Mərkəzinin rəhbəri Yiqal Karmon əvvəllər Rusiya arxivlərində saxlanılan dissertasiyanın tam mətnini əldə edə bilib. Dissertasiyada sui-qəsd nəzəriyyələri və yəhudilərə nifrət yer alır. 

Qaynarinfo işin indi məlum olan əsas tezislərini təqdim edir.

* Mahmud Abbas Holokostda bir milyondan az yəhudinin öldüyünü iddia edib. Əslində altı milyona yaxın insan ölüb.

* Mahmud Abbasın fikrincə, İsrail də ərəblərlə nasistlərin yəhudilərlə rəftar etdiyi kimi davranır. 

* Mahmud Abbas sionistlərin (yəhudi milli hərəkatının tərəfdarları) nasistlərlə əməkdaşlıq etdiyini bildirib. Reallıqda isə sionist hərəkat yəhudiləri nasist zonasından xilas etməyə çox çalışırdı.

Yiqal Karmon dissertasiyanı araşdıraraq yazır: "Müəllifin gəldiyi nəticə ondan ibarətdir ki, yəhudilərin Holokostu nasistlərlə sionist hərəkatının birgə layihəsidir".

Mahmud Abbas 2005-ci ildə Fələstin Muxtariyyətinin prezidenti seçilib. O, Moskvada hüquq təhsili alıb.Mahmud Abbas 1982-ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Nasizmlə sionizm arasında gizli əlaqə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->