Xəbər lenti

Mahmud Abbas sui-qəsd təhdidinə görə Türkiyədə şam yeməyini ləğv edib - İDDİA
Dünya 10:55 21.08.2024

Mahmud Abbas sui-qəsd təhdidinə görə Türkiyədə şam yeməyini ləğv edib - İDDİA

Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə səfəri zamanı İsraildən gələn sui-qəsd təhlükəsi səbəbindən parlament üzvləri ilə şam yeməyini ləğv edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Hürriyet qəzeti mənbələrə istinadən yazıb.

Avqustun 15-də Mahmud Abbas Türkiyə parlamenti qarşısında çıxış edərək Qəzzaya səfər etmək niyyətini açıqlayıb.

"Mahmud Abbas Türkiyə parlamentinin spikeri Numan Kurtulmuşa narahatlığına görə təşəkkür etdi, lakin axşam yeməyinə qala bilməyəcəyini söylədi və dedi: "Qaranlıq düşmədən Fələstinə getməliyəm", deyə qəzetin hökumətə yaxın yazarı Abdulkadir Selvi qeyd edib.

Nəşr yazır ki, o, İsrailin sui-qəsd cəhdlərindən qorxduğu üçün hava qaralmadan Fələstinə çatmaq istəyib.

"İsrail qətllərinin geniş vüsət aldığı bir vaxtda Mahmud Abbasın ehtiyatlılığından daha anlaşılan heç nə yoxdur", deyə məqalədə bildirilir.

Qeyd edək ki, iyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində həlak olub. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh vermədiklərini bildiriblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->