Xəbər lenti

Mahmud Abbas da Rusiyanın tərəfinə keçdi:
Dünya 16:00 14.08.2024

Mahmud Abbas da Rusiyanın tərəfinə keçdi: "İmkan verməyəcəyəm"

Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas bildirib ki, ABŞ həmişə Rusiyanı Yaxın Şərq nizamlanması prosesindən kənarlaşdırmaq istəyib. O, buna imkan verməyəcəyinə söz verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Mahmud Abbas TASS-a müsahibəsində danışıb.

"Biz heç bir halda Rusiyanın Yaxın Şərq nizamlanmasının istənilən formatından kənarda qalmasını qəbul etmirik, çünki o, Yaxın Şərq məsələsində beynəlxalq hüquqa əsaslanan həqiqətən ədalətli mövqeyə malikdir”, - deyə Abbas TASS-a bildirib.

Fələstin Administrasiyasının rəhbəri qeyd edib ki, Rusiya İsrail dövlətini tanıyır və Fələstinin 1967-ci il sərhədləri daxilində bərpasında israrlıdır. Abbas deyib ki, Moskvanın bu məsələdə mövqeyi "qəti və aydındır”, həmçinin Rusiya Təhlükəsizlik Şurasında və BMT Baş Assambleyasında buna sadiqdir. 

Xatırladaq ki, Mahmud Abbas avqustun 12-dən 14-dək Moskvada rəsmi səfərdədir. Bir gün əvvəl, avqustun 13-də o, Vladimir Putinlə görüşüb. Rusiya prezidenti bildirib ki, o, Qəzza zolağındakı müharibəni izləyir və bu, "diqqətdən yayınmayacaq”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->