Xəbər lenti

“Lukoil Azərbaycan”a protokol yazıldı
Ekonomiks 19:12 25.10.2023

“Lukoil Azərbaycan”a protokol yazıldı

"Lukoil Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cərimələnə bilər. 

Qaynarinfo xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati iş başlanıb. 

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Nəriman Meydiyev iş üzrə hakim təyin edilib. 

518.1-ci maddəyə əsasən, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək, hüquqi şəxslər isə 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->