Xəbər lenti

Laçında ağır qəza: Dövlət qurumunun 2 əməkdaşı həlak oldu
Ölkə 09:56 19.09.2023

Laçında ağır qəza: Dövlət qurumunun 2 əməkdaşı həlak oldu

Sentyabrın 19-da saat 09.00 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Qaynarinfo-ya bildirilib ki, "Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->