Xəbər lenti

KTMT-nin baş katibi:
Dünya 15:00 27.11.2023

KTMT-nin baş katibi: "Ermənistan təşkilatın müttəfiqi olaraq qalır"

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçirilən sessiyada iştirak etməməsinə baxmayaraq, onun müttəfiqi olaraq qalır.

Qaynarinfo xəbər verir ki, bu barədə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov TASS-a bildirib.

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakterli olub.

"Məncə, bu vəziyyətdən (erməni nümayəndə heyətinin iştirak etməməsi-red) qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Fikrimcə, bu, hər şeyi deyir”, deyə Tasmaqambetov vurğulayıb. 

O əlavə edib ki, KTMT "təşkilatın tamhüquqlu üzvü kimi” Ermənistanın qərarına hörmətlə yanaşır.

Xatırladaq ki, KTMT-yə altı ölkə - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Noyabrın 23-də Minskdə KTMT-nin sammiti keçirilib, Ermənistan XİN və Müdafiə nazirliklərinin rəhbərləri sammit öncəsi tədbirlərə qatılmayıblar. Baş naziri Nikol Paşinyan KTMT-ni Azərbaycanla hərbi münaqişə zamanı respublikaya yardım etməməkdə ittiham edib. Eyni zamanda, Ermənistan hakimiyyəti KTMT-dən çıxmaq barədə düşünmədiklərini təkid edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->