Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində yüksək səviyyədə iştirak etməyəcəyinə təəssüfləndiyini bildirib. Kreml İrəvanın təşkilatın işində iştirakını davam etdirəcəyini gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant"
yazır.
"Təəssüf hissi ilə demək olar ki, sabah bu sammitdə Ermənistanın yüksək səviyyədə iştirakı olmayacaq. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq", deyə Peskov mətbuat konfransı zamanı bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökumət nümayəndələri dəfələrlə KTMT-dən çıxmağı müzakirə etmədiklərini bəyan ediblər. Lakin son vaxtlar İrəvan nümayəndələri təşkilatın tədbirlərində iştirak etmirlər. Belə ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Minskdə KTMT çərçivəsində keçirilən görüşlərdə iştirakdan imtina edib. Ermənistan KTMT-dəki səfirini geri çağırıb və hələlik yeni səfir təyin etməyib.
Nizami Bağırov
Şərhlər