Xəbər lenti

Konfrans Liqası:
İdman 23:54 08.08.2024

Konfrans Liqası: "Zirə" Xorvatiyadan "sülh"lə dönür

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, "Opus Arena"da baş tutan matç heç-heçə ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub. Rafael Utziq dəqiq zərbə ilə bərabərliyi təmin edib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftədən sonra Bakıdakı "Dalğa Arena"da keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun

8 avqust
Osiyek (Xorvatiya) - Zirə (Azərbaycan) 1:1
Qollar: Anton Matkoviç, 39 - Rafael Utziq, 90+6-pen.
Osiyek: 1. Nikola Kalvina, 36. Nail Ömeroviç, 26. Luka Jeleniç, 5. Styopa Mkrtçyan, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Verdan Juqoviç (k), 39. Domaqoy Bikviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç.
Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 3. Andre Duart, 4. Kreşimir Vrbanak, 10. Pedro Lima, 11. Risenio Keval, 14. Marko Soldo, 18. Niko Farkaş, 45. İvan Barik, 49. İvano Kolarik, 55. İvan Çvijanoviç, 98. Simun Mikolçiç.
Zirə: 97. Tiaqo Silva, 70. İssa Cibrilla, 3. Anje Mutsizni, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 21. hacıağa Hacıyev, 8. İsmayıl İbrahimli, 18. martins Junior, 90. Davit Volkov, 29. Ceyhun Nuriyev, 11. Rüstəm Əhmədzadə.
Ehtiyat Oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 5. Stefan Aka, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 15. Pyer Zebli, 16. Fuad Bayramov, 23. Rafael Utziq.
Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillo, Konstantinos Perrakis (Yunanıstan).
"Opus Arena", Xorvatiya.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->