Xəbər lenti

Konfrans Liqası:
İdman 21:58 15.08.2024

Konfrans Liqası: "Sabah" mübarizəni dayandırdı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.

Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.

Qeyd edək ki, İrlandiyada reallaşan ilk oyunda da məğlub olan (0:1) "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

15 avqust
Sabah (Azərbaycan) - Sent Patriks (İrlandiya) 0:1
Qol: Zaxari Elbuzedi, 49.
Qırmızı vərəqə: Sofian Çakla, 27 (Sabah).
Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 6. Abdullah Xaybulayev, 4. Elvin Camalov (k), 70. Cesse Sekidika, 11. Kahim Parris, 20. Coy Lens-Mikels, 18. Pavol Şafranko.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 9. Anatoli Nuriyev, 10. Namik Ələskərov, 14.İqor Noqeyra, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Nyeqos Kupusoviç.
Sent Patriks: 94. Jozef Ananq, 3. Antoni Breslin, 5. Tom Qrivosti, 4. Jozef Redmond (k), 21. Aksel Syöberq, 6. Ceymi Lennon, 17. Romal Palmer, 8. Kris Forrester, 20. Cek Mölreni, 26. Zaxari Elbuzedi, 9. Meyson Melia.
Ehtiyat oyunçular: 1. Daniel Rocers, 9. Meyson Melia, 10. Kian Levi, 11. Ceyson Makklilland, 14. Brendon Keyvinic, 16. Aaron Bolcer, 19. Aleks Nolan, 22. Konor Kili, 23. Rayan Maklauclin, 24. Luk Törner, 30. Al-Amin Kazeem, 31. Maykl Nuunan.
Baş hakim: Marsel Birsan (Rumıniya).
Masazır, "Bank Respublika Arena".
İlk oyun - 0:1.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->