Xəbər lenti

Konfrans Liqası:
İdman 00:39 09.08.2024

Konfrans Liqası: "Sabah" İrlandiyada uduzdu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Sabah" səfərdə İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, "Tallqat" stadionundakı matçda meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qarşılaşmada yeganə qolu 35-ci dəqiqədə Romal Palmer təmsilçimizin qapısından keçirib.

Qeyd edək ki, "Sabah" və "Sent Patriks Atletik"arasındakı cavab qarşılaşması avqustun 15-i "Bank Respublika Arena"da reallaşacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun

8 avqust
Sent-Patriks Atletik (İrlandiya) - Sabah (Azərbaycan) 1:0
Qol: Romal Palmer, 35.
Qırmızı vərəqə: İvan Lepinitsa, 53 (Sabah).
Sent-Patriks: 94. Jozef Ananq, 21. Aksel, Sjöberq, 5. Tom Qrivosti, 4. Jozef Redmond, 3. Antoni Breslin, 6. Lami Lennon, 8. Kris Forrester, 17. Romal Palmer, 20. Cek Mulraney, 18. Aydan Kina, 26. Zaxari Elbuzedi.
Ehtiyat oyunçular: 1. Daniel Rocers, 9. Meyson Melia, 10. Kian Levi, 11. Ceyson Makklilland, 14. Brendon Keyvinic, 16. Aaron Bolcer, 19. Aleks Nolan, 22. Konor Kili, 23. Rayan Maklauclin, 24. Luk Törner, 30. Al-Amin Kazeem, 31. Maykl Nuunan.
Sabah: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrazabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k), 70. Cesse Sekidika, 13. İvan Lepinitsa, 20. Coy Lens-Mikels, 11. Kahim Parris, 18. Pavol Şafranko.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Anatoli Nuriyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Nyeqos Kupusoviç.
Hakimlər: Vilhjalmur Thorarinsson, Gilfi Mar Siqurdson, Birkir Siqurdarson, Helqi Mikael Conasson (İslandiya).
"Tallayt Stadium", Dublin.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->