Xəbər lenti

Komitə sədri boşanmaların səbəbini açıqladı
Ölkə 13:26 19.12.2023

Komitə sədri boşanmaların səbəbini açıqladı

"Boşanmaların bir çoxu ailədəki iqtisadi problemlərlə bağlı olur".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib

Komitə sədri qeyd edib ki, boşanmadan sonrakı müddətdə bu problem daha da intensivləşir: 

"Ona görə də Aliment Fondunun yaradılması ilə bağlı tövsiyələr aidiyyəti üzrə təqdim olunub. Hesab edirəm ki, bu işdə dövlətin dəstəyi önəmlidir".
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->