Xəbər lenti

Köhnələn avtomobil parkını necə yeniləməlidir?
Ekonomiks 15:30 11.05.2024

Köhnələn avtomobil parkını necə yeniləməlidir?

"Birdən-birə insanların avtomoblini əlindən almaq böyük narazılıq yarada bilər. Həmin avtomobillər insanların dolanışıq yeridir".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. 

Ekspert bununla bağlı təbliğatın aparılmasına ehtiyac olduğunu vurğulayıb:

"İnsanlar başa düşməlidirlər ki, istismara yararsız avtomobillərlə hərəkət təhlükəli, riskli olmaqla yanaşı həm də ətraf mühiti çirkləndirir. Köhnə avtomobillərin yığışdırılması ilə bağlı layihə hazırlanıb. Əsas da utilizasiya prosesi ilə bağlı işlər gedir. Amma görülən işlər effekt vermədi, çünkü vətəndaşlar könüllü şəkildə bu prosesə qoşulmaq istəmirlər. Biri deyir qiymət azdır, biri deyir avtomobilinin qiyməti aşağı olsa da, aylıq dolanışıq yeridir. Ortaya müəyən suallar çıxır. Hər hansı məhdudiyyət tətbiq edib bütün avtomobilləri sıradan çıxartmaq olmaz. Burada sadəcə avtomobillərin texniki vəziyyəti ilə bağlı tələbləri müəyyənləşdirmək lazımdır".
 

 
Elməddin Muradlı qeyd edib ki, avtomobillərin həm ölkəyə gətirilməsində, həm də istismarında məhdudiyyətlər tətbiq etmək mümkündür:

"Bir avtomobil ki, texniki baxışdan keçə bilmir, fiziki parametləri qaydasında deyil təbii ki, onun hansısa formada istismarı qadağan olunmalıdır. Dövlət tərəfindən aidiyyatı qurumlar toplaşıb qərar verəcək və buna görə addımlar atılacaq. Ancaq hesab edirəm ki, köhnə avtomobillərin yığışdırılması ilə bağlı elə bir qərar qəbul edilməlidir ki, bu avtomobilləri idarə edən insanlar da narazı qalmasınlar. Onlara ya normal pul təklif etmək lazımdır, ya da xaricdən avtomobil gətirərkən güzəşt edilməlidir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->