Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının parlament seçkilərində qalib gəlməsi ölkənin Avropaya inteqrasiyasının dayanmasına və onun ərazisində ikinci cəbhənin açılacağına gətirib çıxaracaq.
Qaynarinfo Gürcüstanın "Birinci Kanalı"na istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, Saakaşvilinin partiyası bunu bir həftədən az müddətdə həyata keçirə bilər. Eyni zamanda fraksiya bütün bunları piar kimi qələmə verməyəcək.
"Buna görə də "Gürcü Arzusu"nun seçilməsi, əksinə, ölkənin bütün istiqamətlərdə, o cümlədən Avropaya inteqrasiya yolu ilə daha da irəliləməsi üçün zəruri şərtdir", deyə Kobaxidze bildirib.
Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək.
Bundan əvvəl naməlum şəxslərdən ibarət izdiham Gürcüstanın keçmiş prezidentinin Vahid Milli Hərəkat Partiyasının Tiflisdəki ofisini dağıdıb. Fraksiya nümayəndələri hücumda ölkənin hakim Gürcü Arzusu Partiyasının qurucusu Bidzina İvanişvilinin rejimini ittiham ediblər. Gürcüstanın Daxili İşlər Nazirliyi hücumla bağlı cinayət işi açıb.
Aydın
Şərhlər