Britaniyanın baş naziri Kir Starmer HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra yəhudi və müsəlmanlara qarşı yönəlmiş "iyrənc nifrət"dən danışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın baş naziri "Sunday Times” qəzetinə yazdığı
məqalədə qeyd edib.
O, münaqişədə iştirak edən bütün tərəfləri "təmkinlə hərəkət etməyə və hərbi deyil, siyasi qərarlara qayıtmağa” çağırıb.
Starmer yazıb: "Bu ölümcül münaqişənin alovu indi bölgəni bürümək təhlükəsi yaradıb. Qığılcımlar isə evdəki öz icmalarımızda alovlanır".
Britaniya hökuməti başçısının sözlərinə görə, "burada münaqişəni qızışdırmaq üçün xaricdəki münaqişədən istifadə edənlər həmişə olacaq”.
Starmer vurğulayıb ki, Qəzzada münaqişənin yeganə həlli bütün girovların azad edilməsi, dərhal atəşkəs və humanitar yardıma qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasıdır.
"Ancaq bunlar həm fələstinlilər, həm də israillilər üçün davamlı sülh və təhlükəsizliyə gedən yolda atılan ilk addımlardır... Bizə İsrailin nəhayət çoxdan vəd edilmiş Fələstin dövlətinin yanında təhlükəsiz olacağı iki dövlətli həll lazımdır”, - o yekunlaşdırıb.
Alpər
Şərhlər