Bir zamanlar tamaşaçılarını qarşılayan məkan indi narkomanların yuvasına çevrilib. Söhbət Xırdalanda yerləşən "Dostluq" kinoteatrından gedir.
1969-cu ildə tikilən kinoteatra hazırda narkotik asılılığından əziyyət çəkən şəxslər üz tuturlar.
Mövcud vəziyyət ərazidə yaşayan sakinləri narahat edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARB-yə bildirilib ki, ərazidə nəzarət işləri gücləndirilib. Köhnə tikintidə narkotikdən istifadə hallarının qarşısı alınıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər