Amerikanın keçmiş dövlət katibi Mayk Pompeo prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Trampın komandasına qayıdacağını istisna etməyib.
Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalında
bildirib.
"Mənə təklif olunmayan işlərlə bağlı tez-tez şərh vermirəm, lakin Amerika xalqına xidmət etmək şansım olsa və özümü yaxşıya doğru bir dəyişiklik edə biləcəyimi hiss etsəm, mütləq orda olacam. Fürsətlərdən istifadə etmək lazımdır", deyə Pompeo bildirib.
Qeyd edək ki, Mayk Pompeo Donald Trampın prezidentliyi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və ABŞ-ın dövlət katibi vəzifələrində çalışıb.
Donald Tramp və Co Bayden böyük ehtimalla qarşıdan gələn seçkilərdə müvafiq olaraq Respublikaçılar və Demokratlar partiyalarından ABŞ prezidentliyinə namizəd olacaqlar. Səsvermə 2024-cü il noyabrın 5-nə təyin edilib.
Aydın
Şərhlər