Xəbər lenti

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?
Ekonomiks 13:10 01.12.2023

Keçmiş deputatın oğlu ilə şirkət arasında icarə qalmaqalı - Nə baş verib?

"Karat Holding" MMC-nin təsisçisi, keçmiş deputat Əsabil Qasımovun oğlu Taleh Qasımov "Optilan Azərbaycan" MMC-ni məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, onun iddasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Emin Əliyev iş üzrə hakim təyin edilib. 

Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

Taleh Qasımov iş adamıdır. O "Karat Holding"in rəsmi sahibidir. Mediada gedən məlumatlara görə, holdinqin tərkibinə aşağıdakı şirkətlər daxildir:

1. Karat MTK (tikinti şirkəti)
2. İdeal MMC (tikinti şirkəti)
3. Azİnvest (tikinti şirkəti)
4. Everest-M (tikinti materialları biznesi)
5. Şin Servis (armatur biznesi)
6. Aveta MMC (un istehsalı)
7. Karmen MMC dəyirmanı
8. Hökməli Makaron Fabriki
9. Hökməli Kisə Fabriki
10. ASTEL MMC Quşçuluq Fabrikləri (Şamaxıda, Abşeronun Məhəmmədi və Mehdabad qəsəbələrində)
11. Gəncə Fatoğlu un dəyirmanı
12. Marina Plaza oteli
13. Premium market
14. İzmir MMC (tikinti şirkəti)
15. Seymur MMC (Dəllər Un dəyirmanı)

Bundan başqa, Taleh Qasımov "Sanatoriy İstoçnik Kislovodsk" MMC-nin təsisçilərindən biridir. MMC 30 mart 2017-ci ildən fəaliyyətdədir. Hüquqi ünvanı Kislovodsk şəhəri, Pobeda prospekti 20 ünvanında yerləşir.

"Optilan Azərbaycan" MMC-yə gəlincə, açıq mənbələrdə şirkət haqqında hər hansı məlumata rast gəlinmir. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə isə şirkət 2 sentyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Cason Keytdir. 

"Optilan Azərbaycan" MMC "Karat Holdinq"lə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->