Xəbər lenti

Kazan sammitində Bakı və İrəvan hansısa sənəd imzalana bilər? (AÇIQLAMA)
Siyasət 20:27 16.10.2024

Kazan sammitində Bakı və İrəvan hansısa sənəd imzalana bilər? (AÇIQLAMA)

"BRİCS-in Kazan sammitində Bakı ilə İrəvan arasında heç bir sənəd imzalanmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

"BRİCS-in Kazan sammitində Azərbaycanla Ermənistan arasında hansısa bir sazişin imzalanacağını gözləmirəm. Bu məqsədlə ayrıca məkan və zamandan istifadə olunacaq. Kazanda tərəflər arasında görüş keçirilə bilər. Hətta müəyyən məsələlərin müzakirəsi də mümkündür. Amma  sənədlərin imzalanması, paraflanmasını isə gözləmirəm. Sənədlərin razılaşdırılıb imzalanması gözlənilirsə, bu COP29 tədbirilə bağlı Bakıda, yaxud da həmin tədbirdən sonra istənilən başqa bir məkanda ikitərəfli görüş formatında baş verə bilər. Kazanda isə görüş fonunda hansısa bir razılaşma, bütün məsələlərin həllini tapması, görüş üçün yerin müəyyən olunması baş verə bilər", deyə Əlimusa İbrahimov bildirib.
 


Ekspert qeyd edib ki, Ermənistan mətbuatında gedən bu informasiya dəqiq, təsdiqlənmiş informasiya deyil:

"Ermənistan mətbuatında belə səviyyəli məlumatın getməsi birinci dəfə deyil. Erməni mətbuatında gedən həmin informasiya dəqiq, təsdiqlənmiş informasiya xarakteri daşımır. Onlar sadəcə proqnoz, ipotez irəli sürüblər. Ona görə də bu məlumat heç bir əsasa söykənmir". 

Qeyd edək ki, BRİCS-in Kazan sammiti yaxınlaşdıqca bir sıra ekspertlər burada Azərbaycanla Ermənsitan arasında hansısa bir çərçivə anlaşmasının imzalanacağı və ya indiyədən razılaşdırılmış maddələrin paraflana biləcəyini proqnozlaşdırırlar. Ermənistanın "Hraparak” nəşrinin iddiasına görə, Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında gizli görüş keçirilib. Bu əsasda da iddia olunur ki, BRİCS-in Kazan sammitində tərəflər arasında çərçivə sazişinin imzalanması ehtimalı var. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->