Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya "Taurus" raketlərinin verilməsi məsələsini şərh edərkən bildirib ki, kansler Olaf Şolts Rusiya prezidenti Vladimir Putindən qorxmur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tagesspiegel” məlumat
yayıb.
"Şolts Putindən qorxduğu üçün "Taurus”un göndərilməsinin əleyhinədir? sualına Berbok belə cavab verib: "Kansler Putindən qorxmur".
Eyni zamanda o, Ukraynaya mümkün raket tədarükü ilə bağlı ictimai müzakirələrin davam etdirilməsinə qarşı xəbərdarlıq edib.
"Rusiyanın hərbi təbliğatının bəziləri Qərb demokratiyalarını parçalamaq və sabitliyi pozmaq məqsədinə xidmət edir. Bunun baş verməsinə imkan verməməliyik. Xüsusən də Avropa və ya Almaniya seçkiləri kimi seçkilər yaxınlaşanda", deyə Almaniyanın xarici işlər naziri bildirib.
Qeyd edək ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş ərazilərin dərinliklərində hədəfləri vura bilmək üçün tərəfdaşlarından uzaqmənzilli silahlar vermələrini xahiş edir. Bəzi ölkələr artıq bu addımı atıblar: xüsusilə Böyük Britaniya "Storm Shadow" qanadlı raketlərini, Fransa isə "Scalp"ı verib. 600-ə yaxın "Taurus" qanadlı raketi olan Almaniya hələ də tərəddüd edir.
Nizami Bağırov
Şərhlər