Xəbər lenti

Jurnalist Aytən Məmmədovaya bıçaqla hücum edildi - DİN-dən açıqlama
Ölkə 09:02 09.05.2022

Jurnalist Aytən Məmmədovaya bıçaqla hücum edildi - DİN-dən açıqlama

Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.

Qaynarinfo xəbər verir ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng-Mərkəzinə müraciət edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti bildirib ki, hadisə ilə əlaqədar nazirliyə məlumat daxil olub, araşdırmalara başlanılıb.

Artıq polis hadisə ilə bağlı jurnalist Aytən Məmmədovadan evində izahat alıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->