Xəbər lenti

İsrailin ABŞ və NATO-nun köməyinə ehtiyacı ola bilər
Dünya 21:10 08.10.2023

İsrailin ABŞ və NATO-nun köməyinə ehtiyacı ola bilər

İsrailin ABŞ və NATO-nun köməyinə ehtiyacı yoxdur, lakin Fələstinlə münaqişə uzanarsa, köməyə ehtiyac yaranacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki mənbə məlumat verib.

"Qarşıdurmanın hazırkı mərhələsində İsrail Müdafiə Qüvvələri hərbi qələbəyə nail olmaq üçün bütün lazımi qüvvələrə və vasitələrə malikdir. Ona görə də indi İsrailin ABŞ və NATO ölkələrinin təcili yardımına ehtiyacı yoxdur. Lakin münaqişə kəskinləşərsə, uzanarsa və coğrafiyasını genişləndirərsə, belə yardıma ehtiyac yarana bilər”, deyə Brüsseldəki mənbə bildirib.

O, həmçinin qeyd edib ki, İsrailə lazım gələrsə, Şimali Atlantika Alyansı səviyyəsində deyil, ayrı-ayrı NATO üzvləri tərəfindən dəstək veriləcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->