İsrail və HƏMAS arasındakı toqquşmalar səbəbindən konsert vermək üçün getdiyi paytaxt Təl-Əvivdə çətin vəziyyətlə üzləşən azərbaycanlı müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə Azərbaycana gəlib.
Bu barədə "Report”a sənətçinin yaxınları məlumat verib.
O, bu gün axşam saatlarında baş verənlərlə bağlı yerli mətbuata açıqlama verəcək.
10.21
İsraildə çətin vəziyyətdə qalan "Avroviziya" təmsilçimiz Samirə Əfəndi artıq Türkiyəyə gedib.
Qaynarinfo xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında bildirib.
"Çox şükür İstanbula çatdıq. Sabah TV vasitəsi ilə sizi maraqlandıran bütün suallara cavab verəcəm. Allah hamını qorusun və səbr versin" -deyə Samirə qeyd edib.
Xatırladaq ki, oktyabrın 7-də Fələstinin radikal "HƏMAS” hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və şəhərləri bombalayıb. Həmin dəhşətli və qorxu dolu anlara öz gözü ilə şahidlik edən Azərbaycanı 2020-2021-ci illərdə "Avroviziya" beynəxalq mahnı yarışmasında təmsil edən, müğənni Samirə Əfəndi olub. O, sosial şəbəkə hesabında canlı yayım açaraq paytaxt Tel-Əvivdə baş verən hadisələrdən söz açıb.
Qeyd dedək ki, son məlumatlarda ölən israillilərin sayının 1100-ə çatdığı, 2000-dən çox yaralının olduğu bildirilib.
09:50
Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.
Qaynarinfo xəbər verir ki, barədə o, sosial media hesabında bildirib.
O, hava limanından foto paylaşaraq Təl-Əvivdən İstanbula uçduğunu qeyd edib.
Şərhlər