İsrail prezidenti İsaak Hersoq Yaxın Şərqdəki siyasi qüvvələri İrana qarşı birgə dayanmağa və radikallara qarşı mübarizə aparmaq üçün NATO kimi ittifaq yaratmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Al Arabiya” məlumat yayıb.
İsrail prezidenti regionun sakinlərinə və siyasi qüvvələrinə, xüsusən də İran və Livan xalqına müraciət edərək, Tehran və onun peyklərinin yolunda dayanmağa çağırıb.
O vurğulayıb ki, Yaxın Şərqin təhlükəsizliyinə əsl təhlükə İrandır. Hersoq Qüdsün Tehrana qarşı cavab planının nəzərdən keçirildiyini xatırladıb, lakin mümkün cavabın formatını və ya vaxtını açıqlamayıb.
Oktyabrın 6-da İsrailin müdafiə naziri Yoav Qalant İrana tövsiyə edib ki, əgər Tehran yəhudi dövlətinin ərazisinə yeni hücum cəhdi etmək niyyətindədirsə, İsrailin Qəzza zolağında və Beyrutda hərbi-hava qüvvələrinin nəticələrinə baxsın.
Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində İsrailin İranın hücumuna cavab vermək hüququnu və öhdəliyini bəyan edib.
Aydın
Şərhlər