Xəbər lenti

İsrail ordusu Qəzza zolağında BMT karvanını saxlayıb
Dünya 10:05 10.09.2024

İsrail ordusu Qəzza zolağında BMT karvanını saxlayıb

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında fələstinli şübhəliləri daşıdığı şübhəsi ilə BMT-nin karvanını saxlayıb. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) rəhbəri Filippo Lazzarininin sözlərinə görə, konvoy artıq buraxılıb və humanitar işçilər BMT bazasına qayıdıblar.

Sentyabrın 9-da axşam saatlarında İsrail ordusunun mətbuat xidməti anklavın şimalında BMT karvanının saxlanıldığını açıqlayıb. İsrail ordusu hərəkətlərini İsrail tərəfindən axtarılan fələstinlilərin konvoyda hərəkət etdiyinə görə kəşfiyyat məlumatı alması ilə izah edib.

Bununla belə, İsrail ordusu iddia edir ki, bu, poliomielit peyvəndini daşıyan karvan deyil, BMT personalının rotasiyasında iştirak edən maşın karvanıdır. Eyni zamanda, UNRWA rəhbəri BMT əməkdaşlarının xüsusi olaraq Qəzza zolağına sakinləri peyvənd etmək üçün getdiyini bildirib. 

"Bütün şəxsi heyət və konvoy artıq sərbəst buraxılıb və təhlükəsiz şəkildə BMT bazasına qaytarılıb. Biz poliomielitlə mübarizə kampaniyasının sabah Qəzzanın şimal hissəsində baş tutub-tutmayacağını təsdiqləyə bilmərik", deyə Filippe Lazzarini X sosial şəbəkəsində yazıb. 

Lazzarininin sözlərinə görə, konvoy Vadi Qəzza körpüsündə İsrail nəzarət-buraxılış məntəqəsindən sonra saxlanılıb. UNRWA rəhbəri iddia edir ki, onun tərkibinə milli və beynəlxalq BMT əməkdaşları daxildir, onların hərəkətləri əvvəlcədən İsrail tərəfi ilə razılaşdırılıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->