Xəbər lenti

İsrail hərbçiləri Qəzza zolağında müharibə ili ərzində 108 jurnalisti saxlayıb
Dünya 13:45 08.10.2024

İsrail hərbçiləri Qəzza zolağında müharibə ili ərzində 108 jurnalisti saxlayıb

2023-cü il oktyabrın 7-dən etibarən İsrail ordusu İsrailin nəzarətində olan Fələstin ərazisində ümumilikdə 108 jurnalisti saxlayıb. Hazırda İsrail həbsxanalarında 58 jurnalist var.

Qaynarinfo xəbər verir ki, bu barədə Fələstinin "Addameer” insan haqları qrupu bildirib.

"Addameer”in materiallarına görə, 16 jurnalist inzibati həbsdədir. Həbsxanada olanların ümumi sayı 10100 nəfəri ötür (İsrail və Fələstindəki həbsxanalar da daxil olmaqla).

Xatırladaq ki, avqustun sonunda Fələstin hakimiyyəti müharibə başlayandan bəri Qəzza zolağında 169 jurnalistin öldürüldüyünü bildirib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında ölənlərin ümumi sayı 41,8 min nəfərə çatıb, 97 mindən çox insan isə yaralanıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->